Böyük Britaniya və Avropa İttifaqı ticarət sazişi imzalamayacaq

Böyük Britaniya və Avropa İttifaqı ticarət sazişi imzalamayacaq "Bu məsələdə hər şey Aİ-dən asılıdır"
Biznes
295
22 İyul , 2020 12:38
Böyük Britaniya və Avropa İttifaqı ticarət sazişi imzalamayacaq

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) səlahiyyətliləri Birləşmiş Krallığın təşkilatdan çıxmasından sonra sərbəst ticarət müqaviləsi bağlamağa razı olmayacaq.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda heç bir razılaşmanın olmayacağı barədə təklif var, eyni zamanda, Aİ-nin payız danışıqları sessiyasında güzəştə gedəcəyi təqdirdə “baza” razılaşması əldə edilməsi ehtimalı var.

“Britaniya hökuməti çoxdan razılaşmanın olmamasına hazır olduğunu göstərib. Birləşmiş Krallığın balıqçılıq kimi əsas məsələlərdə “yerindən tərpənməyəcək”. Ona görə də bu məsələdə hər şey Aİ-dən asılıdır”, - mənbə qəzetə bildirib.

Qeyd olunur ki, tərəflər arasında danışıqlar sövdələşmənin əsas mübahisəli mövzuları ilə bağlı düyünə düşüb.

Daha əvvəl Britaniyanın Baş naziri Boris Conson tərəflərin vaxtında ticarət sazişi imzalaya bilməyəcəyi halda ölkəsinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun şəkildə Aİ ilə ticarətə keçməyə hazır olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi