Braziliya Azərbaycana qəhvə ixracını 7 dəfədən çox artırıb

Biznes
  • 28 aprel, 2022
  • 13:06
Braziliya Azərbaycana qəhvə ixracını 7 dəfədən çox artırıb

Azərbaycana 2022-ci ilin ilk iki ayı ərzində xaricdən 460,68 min ABŞ dolları dəyərində 52,85 ton qəhvə gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 86,2 %, kəmiyyət olaraq – 45,7 % artıb.

Hesabat dövründə Türkiyədən 145,35 min ABŞ dolları dəyərində 20,41 ton, İtaliyadan 142 min ABŞ dolları dəyərində 11,53 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 54,2 min ABŞ dolları dəyərində 3,74 ton, Rusiyadan 43,11 min ABŞ dolları dəyərində 7,16 ton, Braziliyadan 33,17 min ABŞ dolları dəyərində 5,23 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 30,6 % artıb və 5,3 % azalıb, İtaliyadan – 2,2 dəfə və 2,7 dəfə artıb, Rusiyadan – 2,4 dəfə və 94 % artıb, Braziliyadan – 6,1 dəfə və 7,4 dəfə artıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycan BƏƏ-dən qəhvə almayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti