Böyük Britaniyadan Azərbaycana gil tədarükü bərpa edilib

Biznes
  • 24 noyabr, 2022
  • 13:11
Böyük Britaniyadan Azərbaycana gil tədarükü bərpa edilib

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan 9,543 milyon ABŞ dolları dəyərində 127 min 775 ton gil (bentonit) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 3,3 % çoxdur.

Rusiyaya 7,399 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 111 min 199 ton (+6 %), Belarusa 741,78 min ABŞ dolları dəyərində (+73 %) 4 min 136 ton (+66,2 %), Yaponiyaya 741 min ABŞ dolları dəyərində 2 min 990 ton (3 il 1 aydan sonra bərpa edilib), Polşaya 515,55 min ABŞ dolları dəyərində (-19,6 %) 6 min 832 ton (-52 %), İndoneziyaya 115,59 min ABŞ dolları dəyərində (+27,5 %) 1 min 975 ton (+32 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 2,195 milyon ABŞ dolları dəyərində (+2,7 %) 11 min 089 ton (-26,4 %) gil (bentonit, odadavamlı, digər) idxal edilib.

Rusiyadan 1,228 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 dəfə çoxdur) 7 min 887 ton (+82 dəfə), Türkiyədən 536,26 min ABŞ dolları dəyərində (+82 %) 1 min 813 ton (+92 %), Gürcüstandan 203,54 min ABŞ dolları dəyərində (+44,3 dəfə) 904,62 ton (+45,3 %), Braziliyadan 93,66 min ABŞ dolları dəyərində (+5,6 %) 54,92 ton (-5 %), Polşa 33,92 min ABŞ dolları dəyərində 207 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

İki il 5 aylıq fasilənin ardından Böyük Britaniyadan tədarük bərpa edilib. Həmin ölkədən 20,39 min ABŞ dolları dəyərində 45,02 ton gil alınıb.