Böyük Britaniya şirkəti "Boeing" təyyarələrindən istifadəni dayandırıb
Biznes
- 11 mart, 2019
- 06:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın "Cayman Airways" aviaşirkəti Efiopiyada baş verən aviaqəzadan sonra "Boeing 737 Max 8" təyyarələrindən istifadəni dayandırmağa qərar verib.
"Report" xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilib.
Qeyd olunur ki, bu qərar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək üçün qəbul olunub.
"Boeing 737 Max 8"dən istifadəyə qadağa martın 11-dən qüvvəyə minib və Efiopiyadakı qəzanın səbəbləri müəyyən olunana qədər qüvvədə olacaq.
Daha əvvəl Çinin "Boeing" təyyarələrindən istifadəyə qadağa qoyduğu bildirilib.
Xatırladaq ki, martın 10-da Efiopiyanın Bişoftu şəhəri yaxınlığında "Boeing 737" tipli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 157 nəfər ölüb.
Son xəbərlər
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region
05:35
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
Digər ölkələr
05:13
Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
Digər ölkələr