Böyük Britaniya hökuməti özəl şirkətlərdən pay alacaq
Biznes
- 21 mart, 2020
- 13:30
Böyük Britaniya hökuməti koronavirus infeksiyasının yayılması nəticəsində zərərlə üzləşmiş yerli özəl şirkətlərdən pay almağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Xatırladaq ki, bundan əvvəl hökumət özəl sektora dəstək üçün 300 milyard funt sterlinq dəyərində kredit zəmanət proqramı elan edib, lakin bu proqramın bir çox şirkətləri müflisləşmədən qurtara bilməyəcəyi məlum olub. Bundan sonra şirkətlərdən pay alınması qərara alınıb.
Hökumətin səhmdar olmağı planlaşdırdığı şirkətlər arasında əsasən aviadaşıyıcılar, o cümlədən “British Airways” da var. Adıçəkilən tədbirin müvəqqəti olduğu, koronavirus böhranı aradan qalxdıqdan sonra alınmış payların geri qaytarılacağı bildirilir.
Son xəbərlər
08:11
Bakıda yaşayış binasında yanğın nəticəsində 4 nəfər ölüb
Hadisə06:17
ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir
İKT05:53
KİV: Britaniya Rusiyanın 10,6 milyard dollarlıq aktivlərini Ukraynaya verməyə hazırdır
Digər ölkələr05:28
Laporta "Barselona"nın prezidenti postuna yenidən seçilməyəcək
Futbol05:05
Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Digər ölkələr04:38
KİV: Donald Tramp miqrantlar üçün qaydaları sərtləşdirib
Digər ölkələr04:16
ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib
Digər ölkələr03:40
"SpaceX"in raketi "Starlink"in internet peykinin bir qrupu ilə orbitə çıxıb
İKT03:08