Böyük Britaniya Azərbaycana makaron tədarükünü bərpa edib

Biznes
  • 29 aprel, 2022
  • 12:20
Böyük Britaniya Azərbaycana makaron tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 2,04 milyon ABŞ dolları dəyərində 1 min 886 ton makaron məmulatları (kuskusdan başqa) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 35,9 % azalıb.

Hesabat dövründə Türkiyədən 938,11 min ABŞ dolları dəyərində 1 min 610 ton, Rusiyadan 928,05 min ABŞ dolları dəyərində 609,65 ton, Ukraynadan 75,25 min ABŞ dolları dəyərində 35,78 ton, İtaliyadan 37,57 min ABŞ dolları dəyərində 13,73 ton, İrandan 18,27 min ABŞ dolları dəyərində 40,6 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 29,5 % və 41 % azalıb, Rusiyadan – 21,3 % artıb və 6,9 % azalıb, Ukraynadan – 97,4 % və 2,5 dəfə artıb, İtaliyadan – 58 % və 76,4 % azalıb, İrandan – 76 % və 76,1 % azalıb.

Bir il 1 aylıq fasilənin ardından Böyük Britaniyadan tədarük bərpa edilib. Bu ölkədən 0,83 min ABŞ dolları dəyərində 0,22 ton məhsul alınıb.

44 - Tezliklə