Bolqarıstan Azərbaycana ətir ixracını bərpa edib

Biznes
  • 23 iyun, 2022
  • 06:08
Bolqarıstan Azərbaycana ətir ixracını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 9,364 milyon ABŞ dolları dəyərində 461,49 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,2 %, kəmiyyət olaraq – 4,3 % çoxdur.

Fransadan 4,205 milyon ABŞ dolları dəyərində 46,42 ton, Rusiyadan 1,092 milyon ABŞ dolları dəyərində 98,93 ton, İtaliyadan 813,05 min ABŞ dolları dəyərində 13,35 ton, İspaniyadan 553,85 min ABŞ dolları dəyərində 8,71 ton, Polşadan 516,19 min ABŞ dolları dəyərində 30,32 ton məhsul alınıb.

Ötən ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Fransadan tədarük müvafiq olaraq 66,6 % və 2,1 dəfə artıb, Rusiyadan – 26,1 % artıb və 9,3 % azalıb, İtaliyadan – 34,3 % və 85,4 % artıb, İspaniyadan – 1,2 % artıb və 7,3 % azalıb, Polşadan – 59,7 % və 63,2 dəfə azalıb.

Bir il 11 aylıq fasilənin ardından Bolqarıstandan tədarük bərpa edilib. Bu ölkədən 1,89 min ABŞ dolları dəyərində 0,01 ton ətir alınıb.

44 filmi