"BMW" 150 minə yaxın avtomobilini geri çağırır

"BMW" 150 minə yaxın avtomobilini geri çağırır Almaniyanın aparıcı avtomobil istehsalçısı - BMW şirkəti Çin bazarından 142 754 avtomobilini geri çağırır.
Biznes
129
13 Sentyabr , 2021 10:54
BMW 150 minə yaxın avtomobilini geri çağırır

Almaniyanın aparıcı avtomobil istehsalçısı - BMW şirkəti Çin bazarından 142 754 avtomobilini geri çağırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, söhbət 7 sentyabr 2011-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə kimi buraxılmış “116i”, “118i”, “120i”, “125i”, “218i”, “220i”, “320i”, “325i”, “328i”, “330i”, “340i”, “420i”, “428i”, “430i”, “435i”, “440i”, “M135i”, “M2”, “M235i”, “M3”, “M4” və “Active Hybrid 3” modellərindən gedir.

Geri çağrılma avtomobillərin yanacaq çənindəki mümkün problemlərlə əlaqələndirilir. Belə ki, çənlərin konstruksiyası və hazırlanma prosesi ilə bağlı çatışmazlıqlar çən tam dolduğu təqdirdə yanacağın axmasına gətirib çıxara bilər. Bu isə təhlükəsizlik üçün təhdid yaradır.

Son xəbərlər

Orphus sistemi