BMT: "Azərbaycan "yaşıl" keçidi sürətləndirməlidir"

BMT: "Azərbaycan "yaşıl" keçidi sürətləndirməlidir" Azərbaycanda "yaşıl" keçidi sürətləndirmək üçün görülən işlərin həcmi çox böyükdür. "Report" xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisinin müavini Kanako Mabuçi İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərba
Biznes
7 Dekabr , 2022 11:28
BMT: Azərbaycan yaşıl keçidi sürətləndirməlidir
Kanako Mabuçi

Azərbaycanda "yaşıl" keçidi sürətləndirmək üçün görülən işlərin həcmi çox böyükdür.

"Report" xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisinin müavini Kanako Mabuçi İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatın təqdimatında bildirib.

O, qeyd edib ki, "yaşıl" inkişaf və təmiz mühit Azərbaycanın strategiyasının bir hissəsidir:

"Ölkə artıq istixana qazlarının emissiyasını 2035-ci ilə qədər 35 % azaltmaq hədəfinii seçib. Azərbaycan keçən il Qlazqoda 2050-ci ilə qədər istixana qazlarının 40 % azaldılması öhdəliyini götürüb. "Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatı "yaşıl" artıma yönəlmiş addımların daha tezliklə atılmasını tələb edir və bir daha göstərir ki, iqlim dəyişikliyi və dünya bazarındakı qiymıətlərin dəyişməsinin təsiri çox ciddidir. Eyni zamanda "yaşıl" keçid iqlim dəyişikliyi, çirklənmə kimi məsələlərin öhdəsindən gəlmək üçün vacibdir. Hesabatda həm də qeyd olunur ki, vaxtında atılan addımlar bir çox çağırışların öhdəsindən gəlmək, qeyri-müəyyənliyin aradan qaldırılması və daha dayanıqlı inkişaf yoluna başlamaq üçün Azərbaycana vacibdir. Biz dövlət qurumları, elmi dairələr, mətbuat, özəl sektor və beynəxalq tərəfdaşların iştirakı ilə çox iddilaı məqsədlərə birlikdə çata bilərik".

K.Mabuçi bildirib ki, BMT Paris sazişi çərçivəsində götürdüyü öhdəlikləri icra etməkdə Azərbaycana dəstək olmağa hazırdı: "BMT-nin ölkə heyəti adından Azərbaycanın bu istiqamətdə atdığı addımlara dəstəyimi ifadə edirəm. Bu idtiqamətdə güclü tərəfdaşlığı davam etdirəcəyik və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesinj sürətləndirmək üçün götürdüyümüz öhdəliklərə sadiq qalırıq".

Son xəbərlər

Orphus sistemi