“Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupun iclası keçirilib

“Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupun iclası keçirilib Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi qrupun növbəti onlayn iclası keçirilib.
Biznes
5 Noyabr , 2021 17:08
“Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi qrupun növbəti onlayn iclası keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iclasda işçi qrupun əvvəlki iclasında qəbul edilmiş qərarlar üzrə görülmüş işlər müzakirə edilib.

Komissiya katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev iclas iştirakçılarını gündəliklə tanış edib.

İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev əvvəlki iclasın protokolunda qərara alınmış tədbirlər üzrə təklif və layihələrin hazırlandığını diqqətə çatdırıb.

Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini Hüsniyyə Abdullayeva ölkədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəlikləri üzrə aparılmış təhlillərin nəticələrini təqdim edib. İclas iştirakçıları qanunvericilikdə diler və distribütor kimi anlayışların dəqiqləşdirilməsi təklifini müzakirə ediblər.

İkinci mühüm məsələ kommersiya hüquqi şəxslərin ləğv olunması ilə əlaqədar prosedurların daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə olub. İşçi qrupun iclasına dəvət edilmiş özəl sektor və konsaltinq şirkətlərinin nümayəndələri qeyd olunan məsələlərə dair fikirlərini bölüşüblər. “Ekvita” şirkətinin hüquq meneceri Sevil Yəhyayevanın mövzu ilə bağlı təklifləri iclasda geniş müzakirə edilib. Əsas diqqət hüquqi şəxslərin ləğvi prosesinin hüquqi şəxslərdən asılı olan və olmayan səbəblər üzrə qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində başa çatdırılmasına mane olan halların müəyyən edilməsinə yönəldilib. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə məsələ ilə bağlı öz təkliflərini diqqətə çatdırıb.

İclasda İşçi qrupun əvvəlki iclasında özəl sektorun qaldırdığı daha bir məsələ müzakirə olunub. Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin əməkdaşı Telman Məmmədov vergi orqanları ilə digər dövlət orqanları (o cümlədən gömrük orqanları) arasında məlumat mübadiləsi sahəsində görülmüş işlər və real vaxt rejimində mübadilə olunan məlumatlara dair təqdimat edib.

Tədbirdə “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası”nın ilkin layihəsi də müzakirə olunub.

İclas iştirakçıları İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihə variantını nəzərdən keçirərək onun təkmilləşdirilməsi və yenidən müzakirələr üçün təqdim olunması barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi