“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatı da veriləcək

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatı da veriləcək Bakı. 8 oktyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara uyğunluq sertifikatının verilməsinə başlanılıb.
Biznes
8 Oktyabr , 2018 15:34
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatı da veriləcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara uyğunluq sertifikatının verilməsinə başlanılıb. 

"Report" quruma istinadən xəbər verir ki, bu proses Azərbaycan Standartlaşma İnstitutunun Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiyası nəticəsində baş tutacaq. 

Uyğunluq sertifikatının və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində xidmət göstərəcək Azərbaycan Standartlaşma İnstitutu ixrac edilən məhsulların yüksək standartlara cavab verməsi və sahibkarların könüllü müraciətləri əsasında xidmət göstərəcək.

Qeyd edək ki, 5 dövlət xidmətini özündə cəmləşdirən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində növbəti dövlət orqanı fəaliyyətə başlayır. Azərbaycan Standartlaşma İnstitutu ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi arasında əldə olunan razılığa əsasən, sözügedən qurumun standartlaşma sahəsindəki xidmətləri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində veriləcək.

Bütün bu əməliyyatlar ölkəmizdə xarici ticarət əməliyyatlarının stimullaşdırılması, çevik və sürətli sənədləşmə və rəsmiləşdirmə, tələb olunan sənədlərin azaldılması, ixrac zamanı elektron yanaşmaların tətbiqi, vahid ixrac onlayn sisteminin tətbiqi, bir pəncərə prinsipləri əsasında 2 və 2-dən çox sənədlərin qəbulu və icazələrin verilməsi, o cümlədən ticarətin liberallaşdırılması istiqamətində aparılan davamlı islahatlar çərçivəsində həyata keçirilir. Prezident İlham Əliyevin 23 Fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi də sadalanan islahatların sürətləndirilməsi istiqamətində nəzəri və praktiki töhfələrini verir. 

Son xəbərlər

Orphus sistemi