Bezos yenidən dünyanın ən varlı adamı olub

Bezos yenidən dünyanın ən varlı adamı olub “Amazon”un qurucusu Ceff Bezosun sərvəti 884 milyon ABŞ dollar həcmində artaraq 191 milyard ABŞ dollarına çatıb
Biznes
17 Fevral , 2021 13:08
Bezos yenidən dünyanın ən varlı adamı olub
Ceff Bezos

“Amazon”un qurucusu Ceff Bezosun sərvəti 884 milyon ABŞ dollar həcmində artaraq 191 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in (BBI) məlumatları göstərir.

Bununla Bezos “SpaceX”in qurucusu İlon Maskı (190 milyard ABŞ dolları) ötərək “Bloomberg”in versiyasına görə yenidən dünyanın ən varlı adamı adına sahib çıxıb.

Xatırladaq ki, Mask yanvarın 7-də Bezosu üstələyərək dünyanın ən varlı adamı ünvanını ələ keçirmişdi.

Son xəbərlər

Orphus sistemi