Beynəlxalq Maliyyə Korporasiyası dövlət qurumlarına bir sıra tövsiyələr verib

Beynəlxalq Maliyyə Korporasiyası dövlət qurumlarına bir sıra tövsiyələr verib “Azərbaycanın dövlət qurumları məlumatlandırma və maarifləndirmə işlərini genişləndirməlidirlər”.
Biznes
14 İyun , 2019 16:05
Beynəlxalq Maliyyə Korporasiyası dövlət qurumlarına bir sıra tövsiyələr verib

“Azərbaycanın dövlət qurumları məlumatlandırma və maarifləndirmə işlərini genişləndirməlidirlər”.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, ölkədə islahatlar sürətlə aparıldığı üçün həm dövlət qurumlarının işçilərinin, həm də özəl sektorun nümayəndələrinin bu islahatları mənimsəməsində çətinliklər ola bilər: "Buna görə də işçi qruplarında olan dövlət qurumlarının nümayəndələri öz işçiləri üçün islahatların təbliği ilə bağlı daha çox təlimlər keçməlidirlər. Özəl sektorun nümayəndələri isə üzləşdikləri problemləri yalnız assosiasiya və dövlətə səsləndirməli deyil, həm də onların həllinə dair təkliflər verməlidirlər. Bu cür birgə səy nəticəsində bütün tərəflər islahatların səmərəliliyini artıracaq".

IFC rəsmisi iş adamlarının tez-tez təkliflər verdiklərini, amma onların eşidilmədiklərini də deyib: “Məncə, bu prosesin, yaxud formatın hansısa yolunu tapmalıyıq. Dövlət qurumları onları eşitməlidir. Nə isə etmək lazımdır ki, bu proses institutlaşsın. Həm sahibkarlar ruhdan düşməsin, həm də dövlətin maraqları təmin edilsin”. 

Son xəbərlər

Orphus sistemi