Belarusdakı Azərbaycan Ticarət Evinin köməyi ilə bu ölkəyə 84 tondan artıq məhsul ixrac edilib

Belarusdakı Azərbaycan Ticarət Evinin köməyi ilə bu ölkəyə 84 tondan artıq məhsul ixrac edilib Ticarət Evi Belarusun bir sıra iri ticarət şirkətləri ilə müqavilələr bağlayıb
Biznes
25 Avqust , 2017 12:33
Belarusdakı Azərbaycan Ticarət Evinin köməyi ilə bu ölkəyə 84 tondan artıq məhsul ixrac edilib

Bakı. 25 avqust. REPORT.AZ/ Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, həmçinin Azərbaycan istehsalı olan məhsulların Belarusda satışının təşkili məqsədilə paytaxt Minskdə fəaliyyət göstərən Ticarət Evi həmin ölkənin bir sıra iri ticarət şirkətləri ilə müqavilələr bağlayıb.

Xatırladaq ki, Azərbaycan Ticarət Evi ölkə prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə yaradılıb. Qurum hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı ilə bu il mayın 26-da açılıb. Ümumi sahəsi 529 m² olan Azərbaycan Ticarət Evinin 364 m²-lik sahəsində Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Sərgidə Azərbaycan müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər (şərab, konyak), xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s. nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi