Belarusdan Aİ ərazisinə daxil olmaq üçün yük maşınlarının növbələri 3,5 dəfə artıb

Biznes
  • 29 iyun, 2023
  • 08:51
Belarusdan Aİ ərazisinə daxil olmaq üçün yük maşınlarının növbələri 3,5 dəfə artıb

Belarusdan Avropa İttifaqı (Aİ) ölkələrinin ərazisinə daxil olmaq üçün yük maşınlarının növbələri 3,5 dəfə artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi (DSK) məlumat yayıb.

"Avropa İttifaqı ölkələrinin ərazisinə daxil olmaq üçün minik avtomobillərinin növbəsi 2 dəfə, yük avtomobillərinin sayı 3,5 dəfə artıb", - məlumatda deyilir.

Bildirilir ki, hazırda 420-dən çox ağır yük maşını Polşanın "Kukurıki" keçid məntəqəsinin qarşısında növbə gözləyir. Litva ilə sərhəddə də nəqliyyat vasitələrinin uzun növbələri qeydə alınıb.

44 filmi