Belarus Azərbaycanla 2030-cu ilə qədər olan ticarət dövriyyəsi ilə bağlı hədəfini açıqlayıb

Belarus Azərbaycanla 2030-cu ilə qədər olan ticarət dövriyyəsi ilə bağlı hədəfini açıqlayıb Azərbaycan və Belarus 2030-cu ilədək ticarət dövriyyəsini mərhələli şəkildə 1 milyard ABŞ dollarına çatdıracaq.
Biznes
29 May , 2024 14:15
Belarus Azərbaycanla 2030-cu ilə qədər olan ticarət dövriyyəsi ilə bağlı hədəfini açıqlayıb

Azərbaycan və Belarus 2030-cu ilədək ticarət dövriyyəsini mərhələli şəkildə 1 milyard ABŞ dollarına çatdıracaq.

“Report” BELTA dövlət agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

“İki ölkə 2030-cu ilə qədər ixrac və idxal axınını balanslaşdıraraq, qarşılıqlı ticarəti mərhələli şəkildə 1 milyard ABŞ dollarına çatdırmaq barədə razılığa gəlib. Biz istehsalat kooperasiyasını əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gəldik: traktorlarla yanaşı, kommunal, yanğınsöndürmə və digər sahələrlə bağlı texnikaları Azərbaycanda yığacağıq. Buraya Belarus liftləri də daxildir”, - o bildirib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan dərman və baytarlıq preparatlarının birgə istehsalının yaradılmasını, həmçinin Azərbaycan azotundan və Belarus kaliumundan qarışıq gübrələr istehsal etməyi planlaşdırır.

“Belarus Qarabağ iqtisadi rayonunun dirçəldilməsinə töhfə verməyə hazırdır. Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin yaradılması olacaq. Buraya həm də bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin yaradılması daxildir”, - İ. Petrişenko qeyd edib.

O əlavə edib ki, Qarabağda Belarus texnikasına xidmət göstərəcək multibrend servis mərkəzinin inşası da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi