Belarus Azərbaycandan ketçup tədarükünü bərpa edib

Biznes
  • 27 may, 2022
  • 13:27
Belarus Azərbaycandan ketçup tədarükünü bərpa edib

2022-ci ilin ilk üç ayı ərzində Azərbaycan 579,67 min ABŞ dolları dəyərində 461,96 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,8 %, kəmiyyət olaraq – 17 % azdır.

Rusiyadan 364,69 min ABŞ dolları dəyərində 290,85 ton, Türkiyədən 126,14 min ABŞ dolları dəyərində 107,76 ton, Niderlanddan 22,79 min ABŞ dolları dəyərində 9,88 ton, İtaliyadan 15,73 min ABŞ dolları dəyərində 5,24 ton, Qazaxıstandan 15,52 min ABŞ dolları dəyərində 15,24 ton məhsul alıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 2 % və 1,1 % azalıb, Türkiyədən – 29 % və 20,2 % azalıb, Niderlanddan – 3,9 dəfə və 2,9 dəfə artıb, İtaliyadan – 32,2 % və 2,7 dəfə artıb, Qazaxıstandan – 61 % və 62,3 % azalıb.

Hesabat dövründə Azərbaycandan xaricə 5,13 min ABŞ dolları dəyərində 3,78 ton ketçup göndərilib ki, bu da bir il əvvəllə müqayisədə müvafiq olaraq 56,5 % və 39,8 % azdır.

Azərbaycan Gürcüstana 2,66 min ABŞ dolları dəyərində 1,92 ton, Belarusa 2,47 min ABŞ dolları dəyərində 1,86 ton məhsul satılıb.

Ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Gürcüstana ixrac müvafiq olaraq 71,3 % və 65,3 % azalıb. Bir il 5 aylıq fasilənin ardından Belarusa tədarük bərpa edilib.

44 - Tezliklə