BƏƏ-dən Azərbaycana sarıkök tədarükü bərpa edilib
- 11 oktyabr, 2022
- 08:22
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 406,16 min ABŞ dolları dəyərində 306,88 ton sarıkök idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 15,4 % çoxdur.
Hesabat dövründə İrandan 206,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76 % çoxdur) 169,23 ton (+72,4 %), Hindistandan 181,1 min ABŞ dolları dəyərində (-9 %) 134,72 ton (-14,6 %), Türkiyədən 17,33 min ABŞ dolları dəyərində (-40 %) 2,33 ton (-50 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,84 min ABŞ dolları dəyərində 0,60 ton, İtaliyadan 0,09 min ABŞ dolları dəyərində (+80 %) 0,01 ton (dəyişməyib) və Lüksemburqdan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
İki il 4 aylıq fasilənin ardından BƏƏ-dən idxal bərpa edilb. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Lüksemburqdan tədarük həyata keçirilib.
Qeyd edək ki, Azərbaycanın ötən il idxal etdiyi (7 ölkədən) 510 ton sarıkökün 56,5 %-i Hindistanın, 40,4 %-i İranın payına düşüb.