BƏƏ Azərbaycanın iş adamlarına müraciət edib

BƏƏ Azərbaycanın iş adamlarına müraciət edib Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın iş adamlarını “Masdar City” Azad Zonasına investisiya qoymağa dəvət edib.
Biznes
16 Sentyabr , 2021 13:37
 BƏƏ Azərbaycanın iş adamlarına müraciət edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın iş adamlarını “Masdar City” Azad Zonasına investisiya qoymağa dəvət edib.

Bu barədə “Report”a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, “Masdar City” Azad Zonası Birləşmiş Ərəb Əmirlikləri hökumətinin Əbu-Dabidəki bizneslərin artan ambisiyalarını daha da dəstəkləmək və asanlaşdırmaq üçün atdığı addımlara uyğun olaraq yeni rəqabətqabiliyyətli biznes paketi seçimlərini təqdim edib:

“Yeni biznes lisenziyaları indi yalnız 1000 AED (1 BƏƏ dirhəmi AED = 0,4628 manat) ilə başlayır, yeni və mövcud icarəyə götürən şirkətlərə bizneslərinin xüsusi tələblərinə uyğunlaşma seçimləri ilə elastiklik təklif edir. Azad Zona, qadın sahibkarlar üçün ekslüziv biznes paketi də təqdim edir. Azərbaycanlı iş adamlarını bu fürsətdən istifadə edərək, Əbu-Dabidə öz bizneslərini qurmağa və bölgənin “Masdar City” innovativ davamlı texnologiyalar mərkəzinə qoşulmağa dəvət edir”.

Son xəbərlər

Orphus sistemi