BƏƏ Azərbaycandan şəkər alışını bərpa edib

Biznes
  • 15 aprel, 2022
  • 07:41
BƏƏ Azərbaycandan şəkər alışını bərpa edib

2022-ci ilin ilk iki ayında Azərbaycandan xaricə 4,14 milyon ABŞ dolları dəyərində 6 min 306 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 15,1 %, kəmiyyət olaraq – 35,3 % azalıb.

Türkmənistana 3,63 milyon ABŞ dolları dəyərində 5 min 704 ton, Rusiyaya 283 min ABŞ dolları dəyərində 263 ton, Gürcüstana 220 min ABŞ dolları dəyərində 338 ton, İsrailə 1,7 min ABŞ dolları dəyərində 1,34 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,12 min ABŞ dolları dəyərində 0,14 ton məhsul satılıb.

Ötən ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Türkmənistana ixrac müvafiq olaraq 5,6 % və 27 % azalıb, Rusiyaya – 2,8 dəfə və 2 dəfə artıb, Gürcüstana – 14 dəfə və 17,2 dəfə artıb, İsrailə - 12,6 % artıb və 10,7 % azalıb. Bir il 6 aylıq fasilənin ardından BƏƏ-yə tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan xaricdən 136 min ABŞ dolları dəyərində 208,67 ton şəkər alıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 91,2 % və 93,1 % azdır.

Ukraynadan 123,77 min ABŞ dolları dəyərində 203,25 ton, Rusiyadan 3,07 min ABŞ dolları dəyərində 1,59 ton, Lüksemburqdan 2,2 min ABŞ dolları dəyərində 0,26 ton, Mavrikiyadan 2 min ABŞ dolları dəyərində 0,66 ton, İtaliyadan 1,77 min ABŞ dolları dəyərində 0,6 ton şəkər tədarük edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 77,8 % və 80 % azalıb, Rusiyadan – 99,3 % və 99,8 % azalıb, Lüksemburqdan – 2,6 dəfə artıb və 37,5 % azalıb, Mavrikiyadan – 2,2 dəfə və 34,7 % artıb, İtaliyadan – 3 dəfə və 7,5 dəfə artıb.