BƏƏ Azərbaycana qəhvə ixracını 30 dəfə artırıb

Biznes
  • 02 avqust, 2022
  • 13:39
BƏƏ Azərbaycana qəhvə ixracını 30 dəfə artırıb

Azərbaycana 2022-ci ilin ilk 5 ayı ərzində xaricdən 1,087 milyon ABŞ dolları dəyərində 118,12 ton qəhvə gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,5 % çoxdur, kəmiyyət olaraq – 0,3 % azdır.

Hesabat dövründə İtaliyadan 414,65 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 12 % artıb) 30,81 ton (+24 %), Türkiyədən 191,46 min ABŞ dolları dəyərində (+6,1 %) 26,58 ton (-20,6 %), Rusiyadan 114,7 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 18,54 ton (+2 dəfə), Braziliyadan 72,29 min ABŞ dolları dəyərində (-14,3 %) 12,01 ton (-25 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 57,18 min ABŞ dolları dəyərində (+34 dəfə) 4,09 ton (+30 dəfə) məhsul alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti