BBF-in İdarə Heyəti Vaşinqtonda Beynəlxalq İqtisadi İnkişaf Şurasının rəhbəri ilə görüşüb

BBF-in İdarə Heyəti Vaşinqtonda Beynəlxalq İqtisadi İnkişaf Şurasının rəhbəri ilə görüşüb Bakı. 27 sentyabr. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) İdarə Heyəti Vaşinqtonda (ABŞ) Beynəlxalq İqtisadi İnkişaf Şurasının (BİİŞ) rəhbəri Cefri Finkl (Jeffrey Finkle) ilə görüşüb.
Biznes
159
27 Sentyabr , 2018 15:44
BBF-in İdarə Heyəti Vaşinqtonda Beynəlxalq İqtisadi İnkişaf Şurasının rəhbəri ilə görüşüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) İdarə Heyəti Vaşinqtonda (ABŞ) Beynəlxalq İqtisadi İnkişaf Şurasının (BİİŞ) rəhbəri Cefri Finkl (Jeffrey Finkle) ilə görüşüb. 

"Report" xəbər verir ki, görüşdə C.Finkl BİİŞ-in fəaliyyəti barədə məlumat verib, ABŞ təcrübəsindən danışıb. 

Tərəflər Azərbaycanda startap ekosisteminin daha sürətlə inkişaf etdirilməsi məqsədi ilə inkubasiya və akselerasiya mərkəzləri üçün təcrübə mübadiləsini və əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

Xatırladaq ki, BİİŞ-in 5 min üzvü var və dünyanın ən iri iqtisadi developer təşkilatıdır. Onun əsas missiyası iş yerlərinin artırılmasını təşviq etməklə sosial rifahın və həyat səviyyəsinin artırılmasına töhfə verməkdir.

BBF isə 2015-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək, perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi