​BBF-də “Startap və Komanda” mövzusunda seminar təşkil edilib

​BBF-də “Startap və Komanda” mövzusunda seminar təşkil edilib Seminarı Araz Supermarketlər Şəbəkəsinin İR direktoru Xəqani Səfərov keçib
Biznes
13 İyun , 2016 10:37
​BBF-də “Startap və Komanda” mövzusunda seminar təşkil edilib

Bakı. 13 iyun. REPORT.AZ/ “Baku Business Factory” gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. Bu məqsədlə təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Startap və Komanda” mövzusunda seminar təşkil edilib.

"Report" xəbər verir ki, seminarın əsas mövzusu startaplar üçün komandanın qurulması, idarə edilməsi, insan resursları anlayışındakı yeni yanaşmalar və s. haqqında olub.

Seminarı Araz Supermarketlər Şəbəkəsinin İR direktoru Xəqani Səfərov keçib.

Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak edib.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaradıb.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil olmaq və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlamaq mümkündür.

Son xəbərlər

Orphus sistemi