Baş nazirin müavini: "Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir"

Baş nazirin müavini: "Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir" Başqırdıstan Respublikası (Rusiya) Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir.
Biznes
24 Aprel , 2024 11:22
Baş nazirin müavini: Başqırdıstan Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir

Rusiyanın Başqırdıstan Respublikası Azərbaycanla ticarət əməliyyatlarının inkişafına ümid bəsləyir.

“Report” xəbər verir ki, bunu Başqırdıstan Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda deyib.

“Buraya uzunmüddətli əməkdaşlıq ümidi ilə gəlmişik ki, Başqırdıstan və Azərbaycanın işgüzar dairələri bir-birilə əlaqələr qura bilsinlər. Bu, ikitərəfli yoldur. Başqırdıstan məhsullarını Azərbaycana ixrac etməyə və respublikamızda istehsal olunmayan malların Başqırdıstana idxalını təşkil etməyə hazırıq”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi