“Baku Electronics” MMC 2019-cu ili 4,5 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 18,3% çoxdur.
Ötən il “Baku Electronics”in vergiyəqədərki mənfəəti 5,9 milyon manat (əvvəlki ilə nisbətən 23,9% çox), mənfəət vergisi ödəmələri isə 1,4 milyon manat (45,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Baku Electronics”in aktivləri 93,1 milyon manat olub ki, bu da illik müqayisədə 48,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 54% artaraq 74,3 milyon manata, balans kapitalı isə 31,1% artaraq 18,8 milyon manata çatıb.
Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Türkiyənin “NAB Holdinq”inə daxildir.