Bakının istehlak bazarı 7 %-ə yaxın böyüyüb

Biznes
  • 08 avqust, 2023
  • 07:12
Bakının istehlak bazarı 7 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyun aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə Bakının istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 milyard 965,9 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,8 % artıb.

Satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 %-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 9,8 % artaraq 18 milyard 086,5 milyon manat olub.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 % azalaraq 8 milyard 242,8 milyon manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,3 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti