Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq

Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi günlərində “Koroğlu” metro stansiyasından (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut fəaliyyət göstərəcək
Biznes
21 İyun , 2024 11:18
Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq

İyunun 24-də Bakı Ekspo Mərkəzində keçiriləcək 5-ci Yerli şirkətlərin tanıtım sərgisində qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə də yaxından tanış ola biləcəklər.

İyunun 26-dək davam edəcək sərgi KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək. Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi günlərində “Koroğlu” metro stansiyasından (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut fəaliyyət göstərəcək.

Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3wCsw3B

Son xəbərlər

Orphus sistemi