Bakıda yarım milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

Biznes
  • 27 aprel, 2022
  • 06:28
Bakıda yarım milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bir Tam" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” bu barədə Xidmətin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 40-42/60, ev 1 mənzil 28, nizamnamə kapitalı 501 min manat, qanuni təmsilçisi isə Azər Akif oğlu Məmmədovdur.