Bakıda “Virtual Sahibkarlıq Yarmarkası 2020" keçirilir

Bakıda “Virtual Sahibkarlıq Yarmarkası 2020" keçirilir "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün strategiya hazırlamalıyıq".
Biznes
18 Dekabr , 2020 11:54
Bakıda “Virtual Sahibkarlıq Yarmarkası 2020 keçirilir

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün strategiya hazırlamalıyıq".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Virtual Sahibkarlıq Yarmarkası 2020” tədbirində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

O, bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərləri qəhrəmanlıq göstəriblər.

"Şəhid ailələrinin və yaralıların gələcək sosial təminatında sahibkarlarımızın üzərinə böyük iş düşür", - deyə o, əlavə edib.

Tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas isə deyib ki, koronavirus pandemiyası başda turizm olmaqla iqtisadiyyata mənfi təsir edib

“Azərbaycanla Avropa İttifaqı arasında 2 illik proqram üzərində işləyirik. Həmçinin gələn il Azərbaycanda Şərq Tərəfdaşlığı ölkələrinin konfransını keçirməyi planlaşdırırıq”, - deyə o, qeyd edib.

Səfir əlavə edib ki, gələn il investisiyaların artacağına ümid edir: "Bu investisiyalar xüsusən də inkluziv inkişaf, qadın sahibkarlığı və digər sahələrdə olacaq".

Son xəbərlər

Orphus sistemi