Bakıda vergi orqanları kiçik və orta sahibkarlarla görüşlər keçirir

Bakıda vergi orqanları kiçik və orta sahibkarlarla görüşlər keçirir İri bazarlar və şəbəkə supermarketləri, şadlıq sarayları üçün də görüşlərin keçirilməsi nəzərdə tutulur
Biznes
2064
19 Yanvar , 2017 20:20
Bakıda vergi orqanları kiçik və orta sahibkarlarla görüşlər keçirir

Bakı. 19 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamenti, Bakı şəhəri Lokal gəlirlər Departamentinin inzibati binalarında paytaxt ərazisində qeydiyyatda olan, iqtisadiyyatın müxtəlif sektorlarında çalışan kiçik və orta sahibkarlarla görüşlərin keçirilməsinə start verilib. 

Bu barədə “Report”a Nazirliyin media və kommunikasiya mərkəzindən deyilib.

Görüşlərdə Kiçik sahibkarlıqla iş Departamentində qeydiyyatda olan ictimai iaşə, pərakəndə ticarət, mebel mağazaları, mobil rabitə obyektləri, aksizli mallar və tikinti materialların satışı ilə məşğul olan və s. qəbildən olan vergi ödəyiciləri, həmçinin Lokal gəlirlər Departamentinin qeydiyyatında olan mənzil-tikinti kooperativləri, istehsalçı şirkətlər, topdan satışla, eləcə də alkoqollu məhsulların istehsalı və satışı ilə məşğul olan vergi ödəyiciləri iştirak ediblər.

Görüşlərdə sahibkarlara Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamə və hesabat formaları barədə məlumat və izahatlar verilib, vergi ödəyicilərinin sabit verginin tətbiqi, elektron ticarətin və xidmətlərin vergiyə cəlb olunması, bank hesablarındakı pulun nağdlaşdırılması zamanı verginin tutulması, idman mərc oyunlarının vergiyə cəlb olunması və s. ilə bağlı sualları cavablandırılıb.

Növbəti günlərdə iri bazarlar və şəbəkə supermarketlər, şadlıq sarayları, mebel mağazaları, özəl tibbi xidmət, lizinq və sığorta şirkətləri və s. kateqoriyadan olan ödəyicilər üçün də görüşlərin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi