Bakıda uşaq geyimləri mağazasında alıcıların qiymətdə aldadıldığı aşkarlanıb

Bakıda uşaq geyimləri mağazasında alıcıların qiymətdə aldadıldığı aşkarlanıb Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb
Biznes
899
19 Mart , 2015 20:15
Bakıda uşaq geyimləri mağazasında alıcıların qiymətdə aldadıldığı aşkarlanıb

Bakı. 19 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılam nəzarət tədbirləri zamanı daha bir mağzada alıcıların qiymətdə aldadıldığı aşkar olunub.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə məxsus uşaq geyimləri mağazasında malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaradıldığı məlum olub.

Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi