Bakıda ticarət dövriyyəsinin həcmi 5 % artıb

Bakıda ticarət dövriyyəsinin həcmi 5 % artıb Bu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 21 milyard 521 milyon manat olub.
Biznes
1 Oktyabr , 2024 14:37
Bakıda ticarət dövriyyəsinin həcmi 5 % artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 21 milyard 521 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 % artaraq 11 milyard 722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 % artaraq 9 milyard 798,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,2 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manat, o cümlədən 20,6 milyard manat dəyərində ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manat dəyərində qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,5 % artıb.

Son xəbərlər

Orphus sistemi