Bakıda ticarət dövriyyəsinin həcmi 4 % artıb
- 16 avqust, 2023
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 17 milyard 880,6 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artaraq 10 milyard 037,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 % artaraq 7 milyard 843,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.