Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb

Biznes
  • 04 noyabr, 2024
  • 10:49
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 24 milyard 949,1 milyon manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

Son 1 ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % artaraq 14 milyard 219,8 milyon manat, qeyri-ərzaq məhsullarının dəyəri isə 8,4 % artaraq 10 milyard 729,3 milyon manat olub.

İstehlak məhsullarının 36,7 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq, o cümlədən 23,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 1 il əvvələ nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 5,7 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti