Bakıda texniki nəzarət vasitələrinin tətbiqinə dair seminar keçirilib

Bakıda texniki nəzarət vasitələrinin tətbiqinə dair seminar keçirilib Bakı. 25 iyun. REPORT.AZ/ Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Axtarış və eyniləşdirmə texniki nəzarət vasitələri mövzusunda seminar keçirilib.
Biznes
25 İyun , 2018 16:29
Bakıda texniki nəzarət vasitələrinin tətbiqinə dair seminar keçirilib
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Axtarış və eyniləşdirmə texniki nəzarət vasitələri" mövzusunda seminar keçirilib. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Seminarın açılış mərasimində DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov bildirib ki, Azərbaycan gömrük orqanları ən müasir texniki nəzarət vasitələrilə təchiz edilib.

Onun sözlərinə görə, bu vasitələrdən istifadəyə dair mühüm məlumatların əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Seminarda bütün sərhəd-gömrük keçid məntəqələrinin nümayəndələri iştirak edib.

İştirakçılara gömrük nəzarətində texniki nəzarət vasitələrinin rolu və əhəmiyyəti, axtarış və eyniləşdirmə texniki nəzarət vasitələrinin ümumi izahı, metal analizatorunun, narkotik və partlayıcı müəyyənləşdirmə cihazının, radiasiya aşkarlama cihazının və digər texniki nəzarət vasitələrinin istifadə qaydaları barədə məlumat verilib, praktiki məşğələlər keçirilib.

Son xəbərlər

Orphus sistemi