Bakıda Rusiya və BƏƏ-nin idxalçıları ilə onlayn biznes-forumu keçiriləcək

Bakıda Rusiya və BƏƏ-nin idxalçıları ilə onlayn biznes-forumu keçiriləcək Bu görüşlər sentyabr ayının ilk yarısında təşkil olunacaq
Biznes
13 Avqust , 2020 12:49
Bakıda Rusiya və BƏƏ-nin idxalçıları ilə onlayn biznes-forumu keçiriləcək

Sentyabr ayının ilk yarısında, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə Rusiya və BƏƏ-nin idxalçılarının iştirakı ilə "Made in Azerbaijan" onlayn biznes-forumu keçiriləcək.

Bu barədə “Report”a “Caspian Event Organisers”dan bildirilib.

Məlumata görə, forum B2B görüşləri formatında keçiriləcək və Azərbaycan ixracçıları üçün öz məhsullarını təqdim etmək, tərəfdaş tapmaq və müqavilələr bağlamaq üçün unikal fürsət yaradacaq.

Öz məhsul və xidmətlərini BƏƏ və Rusiyaya ixrac etmək istəyən aşağıdakı sənaye sahələrinin yerli istehsalçıları forumda iştirak etməyə dəvət olunurlar:

- Qida sənayesi və kənd təsərrüfatı:

BƏƏ idxalçıları ilə görüşlər – 1-2 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 3-4 sentyabr

- İnşaat sənayesi:

BƏƏ idxalçıları ilə görüşlər – 8-9 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 10-11 sentyabr

Rusiya idxalçıları ilə görüşlərdə iştirak etmək üçün bu linkdən (https://b2b-rus.ceo.az/register_as_exporter-az) keçərək qeydiyyatdan keçmək olar.

BƏƏ idxalçıları ilə görüşlərdə iştirak etmək üçün isə bu linkdən (https://b2b-uae.ceo.az/register-as-exporter) keçərək qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün “onlayn” görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçiriləcək. Bu platforma şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.

Son xəbərlər

Orphus sistemi