Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 585,8 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 189,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 92,9 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3 % artaraq 9 milyard 068,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 827,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.