Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 % artıb
- 22 avqust, 2024
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 118,7 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 937,3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 95,6 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 % artaraq 6 milyard 882,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 165,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ini təşkil edib.