Bakıda ödənişli xidmətlərin dəyəri 13 %-dən çox artıb

Biznes
  • 08 aprel, 2025
  • 15:09
Bakıda ödənişli xidmətlərin dəyəri 13 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 319,4 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 190,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,2 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 2 milyard 202,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 672 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.