Bakıda Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Biznes
  • 10 oktyabr, 2022
  • 09:00
Bakıda Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bu gün Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının 4-cü iclası keçirilib. 

"Report" xəbər verir ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri - Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizdə səfərdə olan Moldovanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Andrey Spinu rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb, bütün sahələrdə əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Daha sonra iclas işə başlayıb. Hər iki ölkənin hökumət üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə gündəlik təsdiqlənib.

Tədbiri giriş sözü ilə açan İ.Kərimov ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. O, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğunu qeyd edib, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizdə aqrar sahənin inkişafı prioritet təşkil edir, Prezident İlham Əliyev aqrar sektorun bütün sahələrinə xüsusi diqqət və qayğı göstərir. Nazir Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq, moldovalı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.

A.Spinu isə Moldovanın Azərbaycanla dost ölkə olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, iki ölkə arasında iqtisadi, eləcə də kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb.

İclasda Komissiyanın 26 aprel 2012-ci ildə keçirilmiş III iclasında qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə olunub, bu istiqamətdə mühüm işlərin görüldüyü bildirilib.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanıb. Sənəd iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

11:10

Bu gün Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, iclas Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun və Moldova tərəfdən həmsədri, bu ölkənin baş nazirinin müavini Andrey Spinunun iştirakı ilə baş tutub.

İclasdan əvvəl rəsmilər ikitərəfli görüş keçirib. İclasın yekununda protokol imzalanacağı gözlənilir.

44 filmi