Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir

Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir ​​​​​​​Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir
Biznes
12 aprel 2025 10:28
Bakıda MiniBoss Business School Bakunun 5-ci Startap Forumu keçirilir

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir.

“Report” xəbər verir ki, təşkilatçısı "MiniBoss Business School Baku" olan bu tədbir artıq Azərbaycanda sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib.

Bu il Forumda 22 komanda iki istiqamət üzrə — SIFE (“Startups in Innovative Free Entrepreneurship”) və SAGE (“Startups for the Advancement of a Global Environment”) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdirirlər.

Qeyd edək ki, SIFE — sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.

Foto: Məhəmməd Ağayev

Orphus sistemi