Ötən ay Bakıda mənzillərin qiymətində azalma olub

Biznes
  • 11 noyabr, 2021
  • 09:25
Ötən ay Bakıda mənzillərin qiymətində azalma olub

Bu ilin oktyabr ayında Bakının təkrar mənzil bazarında qiymətlər 0,43 % azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bazarda 6,2 % ucuzlaşma olub.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Təkrar mənzil bazarında ay ərzində bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 550 manatdan çox) qiymətində 1,28 % azalma, orta mənzillərin qiymətində (1 kvadrat metrin qiyməti 1700-2500 manat) 1,49 % azalma, ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1700 manata qədər) qiymətində isə 0,9 % artım olub.

İlkin mənzil bazarında isə qiymətlərdə ay ərzində 2,61 % ucuzlaşma, il ərzində 2,21 % bahalaşma müşahidə edilib. Ay ərzində ucuz mənzillərin (1 kvadrat metrin qiyməti 1190 manata qədər) qiyməti 5,13 % artıb, orta mənzillərin (1 kvadrat metrin qiyməti 1 190-2 040 manat) qiyməti 2,91 % azalıb, bahalı mənzillərin (1 kvadrat metrin qiyməti 2 040 manatdan çox) qiymətində isə 0,55 % ucuzlaşma olub.