Bakıda mənzillər son 1 ildə 14 % bahalaşıb

Biznes
  • 15 iyul, 2024
  • 13:32
Bakıda mənzillər son 1 ildə 14 % bahalaşıb

Bu ilin iyun ayında Bakıda mənzillərin orta qiyməti may ayı ilə müqayisədə 1,3 %, ötən ilin eyni dövrünə nisbətən isə 13,8 % çox olub.

Bu barədə "Report" "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, paytaxtın təkrar mənzil bazarında yeni tikililərdəki evlərin 1 kvadrat metri ay ərzində 1,35 %, il ərzində isə 13,1 %, köhnə tikililərdəki evlərin 1 kvadrat metri isə ay ərzində 1 %, il ərzində 9,9 % artım nümayiş etdirib. Onların bazara təklifi ay ərzində 1,7 %, il ərzində 13,1 % artıb.

"İlkin mənzil bazarında isə evlərin 1 kvadrat metri ay ərzində 1,6 %, il ərzində 18,5 % artım göstərib. Onların bazara təklifi ay ərzində 1,9 %, il ərzində 19,8 % artıb”, - deyə sədr qeyd edib.

Bundan başqa, V.Oruc bildirib ki, kirayə mənzil bazarındakı qiymətlərin 1 kvadrat metri ay ərzində 2 % azalıb, il ərzində 8,7 % artıb: "Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 1,8 %, il ərzində isə 16,9 % artıb”.