Britaniya İslam Ticarət Assosiasiyası və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, imzalanma Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) baş tutub.
Sənədi Britaniya İslam Ticarət Assosiasiyasının baş icraçı direktoru Valid Cahangir və Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari imzalayıb.