Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq

Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq Balıq bazarı paytaxtın Pirallahı rayonunda yerləşəcək
Biznes
286
21 İyul , 2017 17:34
Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq

Bakı. 21 iyul. REPORT.AZ/ “Pirallahı rayonunda yeni iş yerləri və istehsal sahələri yaradılacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində bir qrup sakinlə görüşdə deyib. 

Dövlət başçısı qeyd eidb ki, rayonda balıq bazarı yaradılacaq: “Bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu böyük bir çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu, həm vətəndaşlara xidmət edir, eyni zamanda bu balıq bazarları bir növ turizm zonasına çevrilir”. 

Son xəbərlər

Orphus sistemi