Bakıda "iFest" innovasiya və texnologiya festivalı keçiriləcək

Bakıda "iFest" innovasiya və texnologiya festivalı keçiriləcək Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Bakıda iyulun 23-də "iFest" -innovasiya və texnologiya festivalı keçiriləcək.
Biznes
13 iyul 2024 13:15
Bakıda iFest innovasiya və texnologiya festivalı keçiriləcək

İyulun 23-də Bakıda "Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası" (KOBSKA) İctimai Birliyinin təşkilatçılığı ilə "iFest" innovasiya və texnologiya festivalı keçiriləcək.

“Report” bu barədə assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, 1 000-dən çox ziyarətçinin qatılacağı festival çərçivəsində 30-a yaxın startapın sərgisi, investor görüşləri ("pitching"), "Startap Forum"un təqdimatı, panel müzakirələri, texnoloji şoular, maraqlı konsert proqramı baş tutacaq.

Silsiləvi xarakter daşıyan festival bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) həsr olunur və "Yaşıl texnologiya-yaşıl dünya naminə" şüarı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi