Bakıda ictimai iaşə xidmətlərinin ümumi dəyəri 26 % artıb

Biznes
  • 08 avqust, 2023
  • 10:12
Bakıda ictimai iaşə xidmətlərinin ümumi dəyəri 26 % artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 645,3 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 26,1 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 %-i hüquqi şəxslərin, 41 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 17 % artaraq 382,2 milyon manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Aqzərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,5 % artaraq 938,8 milyon manat olub.