Bakıda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 54 % artıb

Biznes
  • 10 noyabr, 2022
  • 06:18
Bakıda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 54 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 707,9 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 54,1 % çoxdur.

Hesabat dövründə ictimai iaşə döviryyəsinin 431,4 milyon manatlıq hissəsi hüquqi şəxslərin, 276,5 milyon manatlıq hissəsi isə fiziki şəxslərin payına düşüb.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsinin ümumi dəyəri illik müqayisədə 44,8 % artaraq 1 milyard 67,3 milyon manat olub.