"Report"un xəbər verdiyi kimi, sərginin açılış mərasimində iştirak edən İranın sənət, mədən və ticarət nazirinin müavini Cəfər Sərqini bildirib ki, bu cür tədbirlər Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərir.
“Sərgidən sonra İran məhsullarının Azərbaycanda satışının artması gözlənilir. Bu kimi sərgiləri ildə iki dəfə olmaqla təşkil etmək istəyirik”, - deyə C.Səqrini vurğulayıb.
Nazir müavini həmçinin qeyd edib ki, yaxın perspektivdə Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində mövcud əlaqələr daha da dərinləşəcək.