Gələn il Bakıda Həştərxanın işgüzar mərkəzi açılacaq

Gələn il Bakıda Həştərxanın işgüzar mərkəzi açılacaq Bakı. 20 dekabr. REPORT.AZ/ Gələn ilin payızında Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin işgüzar mərkəzi açılacaq.
Biznes
20 Dekabr , 2018 17:47
Gələn il Bakıda Həştərxanın işgüzar mərkəzi açılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Gələn ilin payızında Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin işgüzar mərkəzi açılacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri əvəzi Dennis Afanasyev məlumat verib. 

O, yeni mərkəz sayəsində Azərbaycan bazarına daha çox Rusiya məhsullarının idxal olunacağını qeyd edib: “Bizim işgüzar mərkəz elə Azərbaycanın Həştərxandakı işgüzar mərkəzinin bənzəridir, bəlkə də, sahəsi bir qədər böyük olar. Tikinti işləri ilə Həştərxan vilayəti qubernatoru əvəzi Sergey Morozov Azərbaycana səfəri çərçivəsində tanış olmuşdu. Tikinti sürətlə gedir, mərkəz 2019-cu ilin payızında açılmalıdır”.

Hazırda Həştərxan vilayətindən Azərbaycana gəmiqayırma məmulatları, balıq və un məhsulları idxal olunur. 2017-ci ilin yekunlarına görə tərəflər arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,3 dəfə artaraq 16 milyon dollardan çox olub.

Xatırladaq ki, Həştərxan işgüzar mərkəzinin təməli ötən il dekabr ayında qoyulmuş, bu ilin may ayında isə Həştərxan şəhərində Rusiyada ilk Azərbaycan işgüzar mərkəzi açılmışdı.

Son xəbərlər

Orphus sistemi